Premium Park, “Neftçilər” layihəsi digərlərindən keyfiyyət və komfortu ilə yanaşı, həm də miqyasına görə seçilir. Belə ki, layihəmiz sayı 19 olacaq mükəmməl inşa edilmiş binalardan ibarət olacaq.
Binaların mərtəbə sayı 9-16, mənzil sahələri isə 47 m²-dən - 146 m²-dək dəyişəcək. Layihə çərçivəsində 1470-ə qədər yüksək keyfiyyətli mənzillərin təhvili nəzərdə tutulur.
Özəlliklərimiz sadalamaqla bitmir - ideal planlaşdırılmış mənzillər, unikal LOFT həlləri, mümkün maksimal tavan hündürlüyü, Avropa istehsalı liftlər, layihə daxili böyük yaşıl park, uşaq və idman meydançaları, mərkəzləşdirilmiş elektrik təchizatı, qazlaşdırma və yanğın təhlükəsizliyi sistemləri, 24 saat mühafizə xidməti, müasir penthauslar… Bəli, bütün bunlar Premium Park, Neftçilər layihəsində reallaşacaq!
Layihədə yer alacaq bütün binaların inşası müasir avadanlıq və keyfiyyətli materiallardan istifadə olunmaqla aparılır. Layihələndirmə, inşaat və görüləcək bütün inşaat işləri beynəlxalq İSO standartlarına cavab verir.
Layihəmizdə yer alacaq hər bir yaşayış binası ayrıca infrastruktura malik olacaq.
Lahiyədə avtomobil və piyadalar kəsişməyəcək - avtomobillər üçün böyük tutumlu avtodayancaq, piyadalar üçün xüsusi zolaqların inşası da nəzərdə tutulur.
Yaşıllıq əhatəsində yaşam üstünlüyünü paytaxtın şərqində yerləşən prestijli məkanla birləşdirərək unikal bir layihəyə başladıq.
İnşa edəcəyimiz binaların ekoloji cəhətdən təmiz məkanda yerləşməsi, sakinlərimizin istirahəti, layihə daxili parkda nəzərdə tutulan 100-dən çox müxtəlif ağac və yaşıllıqlar, növbə-növ ot və çiçəklərin əkimi sayəsində gözoxşayan mənzərə - bu xüsusiyyətlər Premium Park, “Neftçilər” layihəsində il boyu rahat və premium yaşamı təmin edəcək.
Bu bölümdə müştərilə tərəfindən ən çox verilən suallara cavablar yer alıb. Əlavə məlumat üçün SATIŞ MƏRKƏZİ-mizə müraciət edə bilərsiniz.