Premium Park, “Neftçilər” layihəsi digərlərindən keyfiyyət və komfortu ilə yanaşı, həm də miqyasına görə seçilir. Belə ki, layihəmiz sayı 19 olacaq mükəmməl inşa edilmiş binalardan ibarət olacaq.
Binaların mərtəbə sayı 9-16, mənzil sahələri isə 47 m²-dən - 146 m²-dək dəyişəcək. Layihə çərçivəsində 1470-ə qədər yüksək keyfiyyətli mənzillərin təhvili nəzərdə tutulur.
Layihədə yer alacaq bütün binaların inşası müasir avadanlıq və keyfiyyətli materiallardan istifadə olunmaqla aparılır. Layihələndirmə, inşaat və görüləcək bütün inşaat işləri beynəlxalq İSO standartlarına cavab verir.
Biz yenilikçiyik və müasir standartları öz layihəmizdə tətbiq etməkdən qürur duyuruq!
Hər bir işimiz zövq mənbəyidir!