PREMİUM KEYFİYYƏTLİ

Layihə haqda

Premium Park, Neftçilər layihəsi ekoloji təmiz bir məkanda reallaşaraq, komfort və keyfiyyəti sevənlər üçün ideal bir seçim olacaq. Layihəmizin əsas hədəfi “Sağlam və komfortlu həyat” konsepsiyasıdır.

Bu konsepsiya çərçivəsində layihənin hərtərəfli düşünülmüş infrastrukturu, yeni sosial, ticarət və mühəndis obyektlərinin inşası, çoxsəviyyəli nəqliyyat sistemi, əlverişli ekoloji vəziyyətlə ahəng müasir memarlıq həlləri sakinlərimiz üçün əlçatan olacaq.

Əhatə edəcəyimiz ərazinin kompleks inkişafı sosial və ticarət infrastrukturu sahələrinin inşasını da nəzərdə tutur: çoxfunksiyalı biznes kompleksi, təcili yardım stansiyası ilə təchiz ediləcək klinika, mədəniyyət və istirahət mərkəzi, ticarət kompleksi, uşaq bağçası, özəl təhsil kompleksi. Layihədə uşaqlar və yeniyetmələrin inkişafına, onların asudə vaxtlarının səmərəli keçirilməsinə xüsusi diqqət yetiriləcək.

“Neftçilər” layihəsinə daxil binaların tərtibatı, inşaatı və layihələndirilməsi peşəkar memarlar tərəfindən tərtib edilib. Hər bir bina – öz ideyası, unikal üslubu, fəlsəfəsi ilə seçilir.

BÖYÜK.

Premium Park, “Neftçilər” layihəsi digərlərindən keyfiyyət və komfortu ilə yanaşı, həm də miqyasına görə seçilir. Belə ki, layihəmiz sayı 19 olacaq mükəmməl inşa edilmiş binalardan ibarət olacaq.

Binaların mərtəbə sayı 9-16, mənzil sahələri isə 47 m²-dən - 146 m²-dək dəyişəcək. Layihə çərçivəsində 1470-ə qədər yüksək keyfiyyətli mənzillərin təhvili nəzərdə tutulur.

6.4 HEKTAR
ƏRAZİ
19 UNİKAL
BİNA
1470 PREMİUM
MƏNZİL
2000 AVTO
DAYANACAQ
6.4 HEKTAR
ƏRAZİ
19 UNİKAL
BİNA
1470 PREMİUM
MƏNZİL
2000 AVTO
DAYANACAQ
PREMİUM.

Özəlliklərimiz sadalamaqla bitmir - ideal planlaşdırılmış mənzillər, unikal LOFT həlləri, mümkün maksimal tavan hündürlüyü, Avropa istehsalı liftlər, layihə daxili böyük yaşıl park, uşaq və idman meydançaları, mərkəzləşdirilmiş elektrik təchizatı, qazlaşdırma və yanğın təhlükəsizliyi sistemləri, 24 saat mühafizə xidməti, müasir penthauslar… Bəli, bütün bunlar Premium Park, Neftçilər layihəsində reallaşacaq!

Layihədə yer alacaq bütün binaların inşası müasir avadanlıq və keyfiyyətli materiallardan istifadə olunmaqla aparılır. Layihələndirmə, inşaat və görüləcək bütün inşaat işləri beynəlxalq İSO standartlarına cavab verir.

Infrastruktur
Premium Park, “Neftçilər” layihəsi eyni adlı Metro stansiyanın bir addımlığında yerləşir. Ərazi şəhərdaxili avtobus və digər nəqliyyat növləri ilə tam əhatə olunur.
Uşaqlar üçün əyləncə
İnşa ediləcək xüsusi konstruksiyaya malik meydança uşaq vestibulyar sisteminin, qavramanın, diqqət və yaddaşın inkişafı üçün ideal vasitəyə çevriləcək.
Hovuz
Reallaşdırılacaq hovuz yalnız istirahət məkanı deyil, həm də idmanla məşğul ola biləcəyiniz, sağlamlığınızı qoruyacağınız müsbət emosiyalar mənbəyi olacaq.
İdman meydançası
Premium Park “Neftçilər” layihəsində sakinlər üçün müxtəlif idman növləri ilə məşğul olmaq üçün mükəmməl idman meydançaları yaradılacaq.
Velosiped zolağı
Xüsusi örtüklə təchiz edilərək nişanlanan velosiped zolağı, həmçinin qaçış, uşaq arabası ilə gəzinti və digər idman növləri üçün də ideal vasitəyə çevriləcək.
Sürətli İnternet
Layihənin bütün ərazisi - mənzil, bina ətrafı həyət və ictimai iaşə obyektləri sürətli İnternetlə təmin olunacaq.
Avtomobil dayanacağı
Sahəsi 37 878 kv. metr, tutumu 1000-dən çox avtomobil üçün nəzərdə tutulacaq dayanacaqdan sakin və qonaqlar rahatlıqla faydalana biləcək.
24/7 Mühafizə xidməti
Layihə daxili bina və digər infrastruktur tikililəri texniki cəhətdən bütünlüklə avtomatlaşdırılaraq müasir təhlükəsizlik sistemləri ilə təmin ediləcək.
YAŞIL.

Yaşıllıq əhatəsində yaşam üstünlüyünü paytaxtın şərqində yerləşən prestijli məkanla birləşdirərək unikal bir layihəyə başladıq.

İnşa edəcəyimiz binaların ekoloji cəhətdən təmiz məkanda yerləşməsi, sakinlərimizin istirahəti, layihə daxili parkda nəzərdə tutulan 100-dən çox müxtəlif ağac və yaşıllıqlar, növbə-növ ot və çiçəklərin əkimi sayəsində gözoxşayan mənzərə - bu xüsusiyyətlər Premium Park, “Neftçilər” layihəsində il boyu rahat və premium yaşamı təmin edəcək.

Fontan və süni göl
Sakinlər üçün daxili harmoniya və rahatlığı bəxş edəcək gölün inşa edilməsi nəzərdə tutulur. Zövq oxşayan göl ətrafı yaşıllıq həyatınıza Premium ləzzəti qatacaq!
İstirahət guşəsi
Sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi, yaşıllıq əhatəsində təmiz hava və hərtərəfli düşünülmüş komfortlu mühitlə əhatə olunması üçün “Yaşıl Vadi” istirahət guşəsi inşa ediləcək.
Yaşıl zolaqlar
Layihəmizdə, həmçinin, piyadalar üçün gəzinti zolaqlarının çəkilməsi, yaşıllıqlarla əhatə ediləcək skamyaların da quraşdırılması planlaşdırılır.
Təbii park
Təbii park ərazisində uşaqları travmadan qoruyacaq xüsusi səthlər, sürüşmə meydançası, yelləncək, qum sahələri, mexaniki karusellərlə təchiz ediləcək.